"Qayıdış hüququ o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir" - Prezident

Siyasət

01.07.2024 - 20:48

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Kanadanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

AYNA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən onun qayıdış hüququ ilə əlaqədar şərhinə cavabında deyib.

Azərbaycan Prezidenti keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.

Müəllif: Ayna.az