Strateji dözüm

Siyasət

12.12.2019 - 01:46

Həkimlər Klinikalar SEO Xidməti

"Bu məsələdə önəmli olan strateji dözümdür"

 

Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalının Bratislavaya ezam olunmuş əməkdaşına rus dilində verdiyi təxminən 1 saatlıq müsahibəsini izlədim. Nazir illərdir davam edən danışıqların mahiyyətini, Ermənistanın mövqeyini geniş izah etdi. Elmar Məmmədyarov bu müsahibə ilə sanki ürəyini boşaltdı. 

 

CBC əməkdaşının (yeri gəlmişkən danışıqların gedişatını müəyyənləşdirməyə imkan verən dəqiq və aktual suallarına görə jurnalistə təşəkkür edirəm) "zaman kimin lehinə işləyir" sualına Məmmədyarov yeni terminlə cavab verdi: "Bu məsələdə önəmli olan strateji dözümdür". Yəni Məmmədyarov Avropadakı münaqişələrin də tarixinə müraciət edərək heç bir dövlətin işğalı rəsmiləşdirə bilmədiyini və torpaqların gec və ya tez sahibinə qayıtdığını vurğuladı.

 

Ancaq Məmmədyarovun zamanın Azərbaycanın xeyrinə işlədiyini iddia etdiyi "strateji dözümün" də son dayanacaq nöqtəsi olmalıdır. "Strateji dözüm" deyib problemin həllini gələcək nəsillərə ötürməyin bizə faydası yoxdur.

Müəllif: Elxan Şahinoğlu, politoloq