Qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub

Xəbərlər

16.04.2025 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Dəmir Yolları məlumat yayıb

Azərbaycan Dəmir Yolları ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

ADY-dən AYNA.AZ-a verilən məlumata görə, hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş