Qasparyan Paşinyanın görüş təklifini rədd edib: “Özü gəlsin”

Dünya

26.02.2021 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

Baş Qərargah rəisi Nazirlər Kabinetinə getməkdən imtina edib

 

Ermənistanın ordusunun Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın görüş təklifini rədd edib. AYNA erməni mediasına istinadən bildirir ki, Baş nazirin Aparatından Qasparyanla əlaqə saxlanılıb və Paşinyanın onunla görüşmək istədiyi bildirilib.

 

“Qasparyandan səhər saat 9-da Nazirlər Kabinetinə gəlməsi xahiş olunub. Lakin Qasparyan imtina edərək, Baş Qərargahda olduğunu, Paşinyanın ehtiyacı varsa, özü gəlsin deyib”, - məlumatda qeyd olunur.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan Qasparyanla görüşməyi planlaşdırdığını bildirib. Prezident qeyd edib ki, ölkədəki gərginliyi azaltmaq və münasibətləri dinc yolla həll etməyin yollarını tapmaq üçün müzakirəyə ehtiyac var.

 

Qeyd edək ki, dünən Baş Qərargah bəyanat yayaraq Paşinyanın istefasını tələb edib. Baş nazir isə bunu hərbi çevrilişə cəhd adlandırıb. Eyni zamanda, Paşinyan Qasparyanı vəzifəsindən azad etməsi ilə bağlı Prezidentə təqdimat etdiyini bildirib.

 

Xatırladaq ki, dünən Baş Qərargahın bəyanatından sonra Ermənistanda vəziyyət qarışıb. Hazırda da, erməni müxalifəti itaətsizlik aksiyaları keçirirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş