Ştatda 3,3 milyona yaxın insan işıqsız qalıb
ABŞ-ın Florida ştatına Milton qasırğasının vurduğu ziyanın məbləği təxminən 50 milyard dollar qiymətləndirilir.
AYNA xarici mediaya istinadən xəbər verir ki, kateqoriya 3 qasırğası çərşənbə günü axşam Floridanın qərb sahillərində Siesta-Key yaxınlığında şiddətli olub.
Küləyin sürəti 193 km/saata çatıb. Nəticədə 11 nəfər ölüb.
Qasırğa həmçinin leysan yağışları və daşqınlara, ən azı 20 tornadoya səbəb olub. Ştatda 3,3 milyona yaxın insan işıqsız qalıb.