Qarazəncir bələdiyyəsinə məcburi göstəriş verilib

Xəbərlər

17.01.2022 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

“Eko-Radar” bölməsinə tullantılarla bağlı daxil olan şikayət araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Cəlilabad rayonu Ocaqlı kəndi yaxınlığındakı su kanalının ətrafına tullantıların atılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Qeyd edib ki, şikayətçinin iştirakı ilə Cəlilabad rayonu Qarazəncir bələdiyyəsi tərəfindən həmin ərazi tullantılardan təmizlənib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə məcburi göstəriş verilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş