"Qarabağ"ın rəqibləri bəlli oldu

İdman

30.08.2024 - 16:21

Həkimlər Klinikalar SEO Xidməti

UEFA Avropa Liqasının Liqasının püşkü atılıb

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti rəqibləri bəlli olub.

AYNA xəbər verir ki, "köhlən atlar" 3-cü turda "Lion"la (Fransa) evdə qarşılaşacaqlar.

Ağdamlılar dördüncü matçında isə səfərdə "Olimpiakos"la (Yunanıstan) oynayacaqlar.

Növbəti iki turda Qurban Qurbanovun yetirmələri skandinavlara qarşı - "Malmö" ilə (İsveç) evdə və "Bodo-Qlimt" (Norveç) səfərdə keçirəcəklər.

"Qarabağ" Liqa mərhələsinin Bakıda son oyununda "BCSB"ni (Rumıniya) qəbul edəcək, son səfər oyununu isə İsveçdə "Elfsborq"la gerçəkləşdirəcək.

Xatırladaq ki, "köhlən atlar"ın ilk turda rəqibləri "Ayaks" (Niderland) və "Tottenhem" (İngiltərə) olacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş