Qarabağda aşkarlanan sümük qalıqları ekspertizaya gətirilib 

Xəbərlər

30.08.2022 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

"Məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək"

“Keçən həftə bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, iki qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndindən gətirilib”.

AYNA “Report”a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, həmin sümük qalıqları protokollaşdırılıb.

Direktor vurğulayıb ki, məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş