“Qarabağ” – “Malmö” oyununa biletlərin satışı davam edir

İdman

01.10.2024 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Artıq qarşılaşma üçün 18 min bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir. Klubdan AYNA-ya verilən məlumata görə, artıq qarşılaşma üçün 18 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş