Qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO

Xəbərlər

05.07.2023 - 12:59

cedabet dərman SEO Xidməti

Qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb

Abşeron, Masallı və Cəlilabadda qanunsuz tikintilərin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş