Qanunsuz ov edən şəxs cəzalandırılıb

Xəbərlər

29.03.2022 - 11:17

cedabet dərman SEO Xidməti

Rəşad Musayevdən istifadəsi qadağan olunan ov alətləri götürülüb

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Rəşad Musayev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş