Fiziki şəxs barəsində inzibati protokol tərtib edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, keçirilən reyd zamanı Şəki rayonunun Cəfərabad kəndində fiziki şəxs Mustafayev Eldar Qasım oğluna məxsus məntəqədə baytarlıq-sanitariya ekspertizasından keçmədən, sanitar-gigiyenik qaydalara əməl edilmədən qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkarlanıb.
Faktla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.