Qanunsuz fəaliyyyət göstərən taxta sexi aşkarlanıb

Xəbərlər

21.04.2023 - 16:12

cedabet dərman SEO Xidməti

4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib

Qusarda qanunsuz fəaliyyyət göstərən taxta sexi müəyyən edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.

Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş