Qanunsuz erməni silahlılarının növbəti təxribatının qarşısı alınıb

Xəbərlər

17.09.2023 - 10:42

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi qanunsuz erməni silahlılarının təxribatı barədə məlumat yayıb

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş