Qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

Xəbərlər

23.02.2022 - 15:03

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb

Azərbaycan Ordusunun Füzuli  rayonunun  Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş