Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Xəbərlər

02.08.2023 - 17:05

cedabet dərman SEO Xidməti

10 ədəd sintetik tor yığışdırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Elşən Mustafayev, Alim Vəliyev, Səxavət Süleymanov və Neftçala rayon sakini Rüfət Səfərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir su anbarından və Kür çayından 870 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb”,- deyə xidmət rəsmisi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş