"Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər"
Bakıda "Qanun" Nəşrlər Evinin yaxınlığında qumbara aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə nəşriyyatın rəhbəri sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.
O bildirib ki, binanın ətrafını təmizləyən fəhlə qumbara aşkar edib: "Qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər".
Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.