Qaliblər geri döndülər

İdman

04.09.2024 - 07:58

Həkimlər Klinikalar SEO Xidməti

Parataekvondoçularımız vətənə qayıdıblar

Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən parataekvondo üzrə milli komandamızın üzvləri vətənə qayıdıb. Qeyd edək ki, idmançılarımız 1 qızıl və 1 bürünc medalla geri dönüblər.

İdmançıları azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və mətbuat nümayəndələri qarşılayıblar. Onlar Hava Limanında böyük coşğu ilə qarşılanıblar.

Xatırladaq ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb. K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan təmsilçimiz finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər Parataekvondoçu Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb. Nəticədə, kişi parataekvondoçulardan ibarət milli komandamız Paralimpiya ikincisi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş