"Qalatasaray" tanınmış hücumçunu transfer edib

İdman

08.09.2022 - 00:39

Həkimlər Klinikalar SEO Xidməti

İkardi cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək

Türkiyə "Qalatasaray"ı Fransanın PSJ komandasından argentinalı futbolçu Mauro İkardini icarəyə götürüb.

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Cim-Bom"la müqavilə imzalamaq üçün İstanbula gəlib.

Təcrübəli forvard cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın "Barselona", İtaliyanın "Sampdoriya" və "İnter" klublarında çıxış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş