Putinlə Modi arasında telefon danışığı olub

Dünya

05.05.2025 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Putini ənənəvi illik ikitərəfli sammit üçün Hindistana səfərə dəvət etdiyini təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narenda Modi arasında telefon danışığı olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin rəsmi “Telegram” kanalı məlumat yayıb.

“Narendra Modi Vladimir Putini və bütün Rusiya xalqını qarşıdan gələn Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə təbrik edib”, - məlumatda qeyd edilib.

Kremlin yaydığı məlumata görə, Baş nazir Putini ənənəvi illik ikitərəfli sammit üçün Hindistana səfərə dəvət etdiyini təsdiqləyib. Rusiya lideri Modinin dəvətini qəbul edib. Söhbət zamanı Putin aprelin 22-də Cammu və Kəşmir bölgəsində baş verən terror aktı ilə bağlı yenidən başsağlığı verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş