Rusiya liderinin obyekt kimi hansı hədəfləri seçdiyi məlum deyil
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə ölkə ərazisinə mümkün zərbələrə cavab olaraq “Oreşnik” raket kompleksi üçün Kiyevdə hədəflərin seçilməsini tapşırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı mənbələrə istinadən məlumat yayıb.
Nəşr Rusiya liderinin cavab zərbəsi üçün obyekt kimi hansı hədəfləri seçdiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, “Oreşnik” ilk dəfə 2024-cü ilin noyabrında Ukraynaya qarşı istifadə edilib.
Vladimir Putin qeyd edib ki, “Oreşnik” döyüş başlıqlarında olan temperatur Günəşin səthindəki temperatura uyğundur.