Putindən qonşu ölkələrə çağırış: "Münasibətləri pisləşdirməsinlər"

Dünya

04.03.2022 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

"Münasibətlərin və əməkdaşlığın normallaşmasına çalışmaq lazımdır"

Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələri Rusiya ilə münasibətləri gərginləşdirməməyə və pisləşdirməməyə çağırıb.

AYNA xəbər verir ki, Putin bu barədə “Marşal Rokossovski” bərəsində bayraq qaldırma mərasimində deyib.

“Həmişə demişik ki, bizim heç bir qonşumuza qarşı pis niyyətimiz yoxdur. Mən onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və yerinə yetirməyə davam edəcəyik”.

Rusiya lideri qeyd edib ki, münasibətlərin və əməkdaşlığın normallaşmasına çalışmaq lazımdır.

“Əgər kimsə Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istəmirsə, biz qarşımızda duran vəzifələri həll edəcəyik, çünki biz yeni səlahiyyətlərə yiyələnəcəyik”, - deyə Putin vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş