Putin və Paşinyan telefonla danışıblar

Dünya

17.01.2025 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

İkitərəfli məsələlər müzakirə edilib

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla ikitərəfli məsələləri müzakirə ediblər.

AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin məlumatında qeyd edilib.

Bildirilib ki, söhbət zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyin yekunları, təşkilat çərçivəsində görüləcək işlər, eləcə də Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki bir sıra məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az