Putin Trampla görüşmək istəyir

Dünya

10.01.2025 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

Tramp: “O görüşmək istəyir və biz bunu təşkil edəcəyik”

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin onunla görüşmək istəyini ifadə etdiyini və hazırlıqların getdiyini bildirib. AYNA “Reuters”ə istinadən xəbər verir ki, respublikaçı siyasətçi bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında partiya yoldaşları ilə görüşdən əvvəl deyib.

Lakin siyasətçi sözügedən görüşün nə vaxt baş tuta biləcəyini açıqlamayıb.

Tramp jurnalistlərin suallarını cavablandırarkən “o görüşmək istəyir və biz bunu təşkil edəcəyik” deyib.

Siyasətçi görüşün dəqiq harada keçiriləcəyini və Çin sədri Si Cinpinin andiçmə mərasiminə qatılıb-qatılmayacağına da aydınlıq gətirməyib.

“Çoxlu insanla çoxlu görüşlərimiz var, amma mən yanvarın 20-nə qədər gözləyərdim”, - deyən Tramp Rusiya ilə Ukrayna arasında hərbi münaqişəyə son qoymağın zəruri olduğunu bildirib.

Daha əvvəl “Financial Times” (FT) Avropa rəsmilərinə istinadən yazıb ki, Trampın komandası Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı yanaşmasını nəzərdən keçirir. Xüsusilə qeyd olunub ki, indiki müzakirə siyasətçinin müharibənin tezliklə başa çatması ilə bağlı bəyanatlarına baxmayaraq, altı ay ərzində vəziyyətin həllinin mümkünlüyü ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş