Prezidentlər gələcək təmaslara dair razılığa gəliblər
Rusiya və Qazaxıstan prezidentləri - Vladimir Putin və Qasım-Comərt Tokayev telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Liderlər gündəliyin aktual məsələlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
“KTMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə də toxunulub”, - Kremlin məlumatında vurğulanıb.
Bundan əlavə, prezidentlər “Rusiya-Qazaxıstan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hər cür möhkəmlənməsinə” sadiq olduqlarını təsdiqləyiblər.
Putin və Tokayev iki ölkənin hökumətləri və müvafiq idarələri arasında koordinasiyanı davam etdirməyə, eləcə də gələcək təmaslara dair razılığa gəliblər.