Putin Şolzla danışdı: "Kiyev danışıqları uzatmağa çalışır"

Dünya

18.03.2022 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

"Rusiya tərəfi həll yollarının axtarışını davam etdirməyə hazırdır”

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. 

Putin kanslerin diqqətinə çatdırıb ki, rəsmi Kiyev getdikcə daha çox real olmayan təkliflər irəli sürür və bununla danışıqları uzatmağa çalışır.

“Bununla belə, Rusiya tərəfi özünün məlum prinsipial yanaşmalarına uyğun olaraq həll yollarının axtarışını davam etdirməyə hazırdır”, - Putin vurğulayıb.

Putin onu da bildirib ki, Ukrayna təhlükəsizlik qüvvələri Donetsk və Makiyevki yaşayış məntəqələrinə raket hücumları edib ki, bu, ağır itkilərə səbəb olub. Amma Qərb buna məhəl qoymur.

"Ukraynadakı Rusiya hərbçiləri dinc sakinlərin həyatını xilas etmək üçün əlindən gələni edir", - deyə Rusiya Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş