Putin: “Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər”

Dünya

26.06.2023 - 23:50

cedabet dərman SEO Xidməti

Vladimir Putin xalqa müraciət edib

“İstənilən şantaj, daxili iğtişaşlar təşkil etmək cəhdləri uğursuzluğa məhkumdur”.

AYNA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Onun sözlərinə görə, silahlı üsyan onsuz da yatırılacaqdı:

“Əziz dostlar! Bu gün mən bir daha bütün Rusiya vətəndaşlarına müraciət edirəm. Dözümünüzə, birliyinizə, vətənpərvərliyinizə görə təşəkkür edirəm. Bu vətəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, daxili iğtişaşlar yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş