Putin: "Rusiyada qalan xarici şirkətlərə həddindən artıq nəzarət lazım deyil"

Dünya

25.04.2022 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

“Həm yerli sahibkarlara, həm də o xarici şirkətlərə imkan vermək lazımdır"

"Rusiya biznesinə, eləcə də Rusiyada qalan xarici şirkətlərə həddindən artıq nəzarət lazım deyil. Onlara sakit işləməyə icazə verilməlidir". AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Həm yerli sahibkarlara, həm də o xarici şirkətlərə imkan vermək lazımdır ki, hər şeyə rəğmən öz öhdəliklərini vicdanla yerinə yetirməyə davam etsinlər. Onlar sülh şəraitində işləməlidirlər. Biznesi həddindən artıq, əsassız və lazımsız  nəzarətdən qorumaq lazımdır. Bunun üçün bütün lazımi vasitələr var”, - Putin Rusiya Baş Prokurorluğunun kollegiyasında bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş