Putin MDB ölkələrinin liderləri ilə görüşüb

Dünya

09.05.2023 - 16:01

cedabet dərman SEO Xidməti

Qələbə paradında 7 ölkənin rəhbəri iştirak edib

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Qələbə paradına gələn MDB ölkələrinin liderləri ilə görüşüb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir.

Parada Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, həmçinin Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qatılıblar.

Putin parada dəvət olunan veteranları salamlayıb, onlarla əl sıxıb və qısa söhbət edib.

Bildirilir ki, veteranlar arasında “Alfa” qrupunun komandiri, Sovet İttifaqı Qəhrəmanı, istefada olan general-mayor Gennadi Zaitsev də iştirak edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş