Andrey Klimov: "Heç kimin cavab almadığı əsas sualların qaldığını başa düşməyə çağırırıq"
"Yaxın gələcəkdə rəsmi Moskva Vaşinqton və Brüsselə təhlükəsizlik zəmanətləri ilə bağlı öz mövqeyini yazılı şəkildə çatdırmağı planlaşdırır. Rusiya bu məsələlərin mümkün qədər tez həll edilməsində israrlıdır". AYNA "Lenta.ru" saytına istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiəsi Müvəqqəti komissiyasının rəhbəri Andrey Klimov Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasındakı görüşü dəyərləndirərkən deyib.
Kilimovun sözlərinə görə, liderlərin görüşü göstərdi ki, fikir ayrılıqlarına baxmayaraq, tərəflər problemlərin diplomatik yolla həllinə keçiblər.
Qeyd edək ki, Rusiya Prezidenti fransalı həmkarı ilə görüşün işgüzar şəraitdə keçdiyini bildirib. Putin danışıqları mənalı və faydalı adlandırıb.
“İlk növbədə, keçmiş danışıqları təhlil edərkən anlamaq lazımdır ki, Makron təkcə Fransanın rəhbəri kimi deyil, Avropa İttifaqının sədri kimi də fəaliyyət göstərib və o, bunu təkzib etməyib. Makron deyib ki, aramızda bir sıra fikir ayrılıqları var, bəziləri kifayət qədər ciddidir, lakin nəhayət diplomatik yola keçmək çox yaxşıdır. Rusiya tərəfi eyni rejimdə davam etməyə hazır olduğu barədə bəyanatlar verdi. Lakin heç kimin cavab almadığı əsas sualların qaldığını başa düşməyə çağırırıq", - deyə Klimov vurğulayıb.
Kilimov xatırladıb ki, bu məsələlər Rusiya rəhbərinin dəfələrlə bəyan etdiyi kimi, NATO-nun genişlənməməsi, eləcə də sərhədlər yaxınlığında zərbə sistemlərinin yerləşdirilməməsi ilə bağlıdır: "Putin əlavə edib ki, yaxın gələcəkdə ölkə bu mövqelərlə bağlı öz mövqeyini Vaşinqton və Brüsselə yazılı şəkildə çatdırmağa hazırlaşır. Bu, Rusiyanın ötən ilin dekabrında qaldırdığı məsələlərin diplomatik yolla həllinə çox intensiv cəhdinin olduğunu göstərir. Biz onların tezliklə həll edilməsində israr edirik".
Kilimov vurğulayıb ki, prezidentlərin görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, Makron Normand formatının iştirakçılarından birinin lideri, Minsk razılaşmalarını həyata keçirməyə qadir ölkələrdən birinin rəhbəridir: "Görüşdə həmçinin bəyanatlar verildi ki, bu bəyanatlar bizə bir çox məsələlərə inanmağa imkan verir. Baxmayaraq ki, Ukrayna tərəfinin hərəkətləri bu istiqamətdə işi çətinləşdirir”.
Xatırladaq ki, Putinlə fevralın 7-də baş tutan görüşdən əvvəl Fransa Prezidenti dialoqla bağlı nikbin olduğunu bildirib.