Putin Krım körpüsünün partladılması ilə bağlı müşavirə keçirəcək

Dünya

17.07.2023 - 17:33

cedabet dərman SEO Xidməti

“Xusnullin hadisə yerindən dövlət başçısına vəziyyət barədə məruzə edəcək”

“Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə törədilən terror aktına görə müşavirə keçirəcək”. AYNA xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“İclas saat 19:00 radələrində videokonfrans vasitəsilə keçiriləcək. Terror aktının nəticələrinin aradan qaldırılmasına məsul təyin edilmiş Rusiya Baş nazirinin müavini Marat Xusnullin hadisə yerindən dövlət başçısına vəziyyət barədə məruzə edəcək”, - o bildirib.

Qeyd edək ki, bu gün gecə saatlarında Krım körpüsünə hücum edilib. Rəsmi Kiyev hücumun Ukrayna tərəfindən edildiyini təsdirləməyib. Rusiya tərəfi isə hücumun Kiyev rejimi tərəfindən həyata keçirildiyini iddia edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş