Putin: "İnsanlar Rusiyaya gəlirlərsə, qanunları bilməli və onlara əməl etməlidirlər"

Dünya

29.08.2022 - 17:26

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti miqrantlar üçün uyğunlaşma mərkəzlərinin yaradılması ideyasını dəstəkləyib

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün uyğunlaşma mərkəzlərinin yaradılması ideyasını dəstəkləyib. AYNA TASS-a istinadən bildirir ki, Prezident bunu Millətlərin İşləri üzrə Federal Agentliyin rəhbəri İqor Barinovla görüşdə bildirib.

Putin qeyd edib ki, miqrantlar Rusiya adət-ənənələrini və qanunlarını bilməlidirlər: "İnsanlar başa düşməlidirlər ki, Rusiyaya gəlirlərsə, bizim adətlərimizə, ənənələrimizə hörmət etməli, Rusiya qanunlarını bilməli və onlara əməl etməlidirlər”.

Görüş zamanı Barinov belə mərkəzlərin yaradılması planlarından danışıb.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əcnəbilərin Rusiyada qalma şərtləri ilə bağlı qanun layihəsinin hazırlandığını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş