Peskov: "Anatoli Çubays vəzifəsindən azad edilib"
Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysın dövlət başçısının beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
AYNA xəbər verir ki, bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Anatoli Çubaysın vəzifədən azad edilməsi ilə bağlı fərman Prezident tərəfindən imzalanıb”, - o deyib.