Rusiya və Britaniya liderləri ətraflı fikir mübadiləsi aparıblar
Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub. AYNA-nın xəbərinə görə, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, tərəflər arasında Ukrayna böhranı və Rusiya Federasiyasının təhlükəsizliyinə uzunmüddətli təminatların verilməsi kontekstində ətraflı fikir mübadiləsi aparılıb.
Rusiya Prezidenti Britaniya Baş nazirinə bu məsələlərlə bağlı əsas yanaşmalarını izah edib.
“Putin Qərbin Rusiyanın narahatlıqlarına adekvat cavab vermək istəmədiyini bildirib”, - deyə məlumatda vurğulanıb.