Psixiatriya xəstəxanasından iki nəfər qaçıb

Xəbərlər

03.02.2022 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar

Azərbaycanda psixiatriya xəstəxanasından iki nəfər qaçıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Görülən operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil veriliblər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş