Prezidentin köməkçisi: “Ermənistanla sərhəddə vəziyyət sabitdir”

Xəbərlər

02.12.2021 - 14:20

"Hərbi qulluqçularımız ölkənin suveren ərazilərində xidmətlərini yerinə yetirirlər"

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir.

AYNA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Ermənistan tərəfdən sərhəddə vəziyyətin gərgin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın hərbi qulluqçuları ölkənin suveren ərazilərində xidmətlərini yerinə yetirirlər.

Müəllif: Ayna.az