Prezidentdən Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN 

Xəbərlər

07.11.2023 - 12:31

cedabet dərman SEO Xidməti

İlham Əliyev Xidmətin hərbi qulluqçularının maaşını artırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

AYNA xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyinə həvalə olunur.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş