Prezident: "Sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir"

Siyasət

17.02.2024 - 20:32

İlham Əliyevin Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü olub

Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir.

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşündə deyib.

Dövlət başçısı Amerika Birləşmiş Ştatlarına və xüsusilə Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edib.

Müəllif: Ayna.az