Prezident: “Polşa “Patriot” sistemlərini Ukraynaya verə bilməz”

Dünya

12.04.2024 - 14:02

“Polşada hazırda “Patriot” hava hücumundan müdafiə sistemləri yoxdur”

“Varşava “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə ötürə bilməz”. AYNA xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda deyib.

“Polşada hazırda “Patriot” hava hücumundan müdafiə sistemləri yoxdur, biz bu sistemləri yenicə quraşdırmağa başlayırıq. Əslində bu gün istəsək də, heç nə vermək imkanımız yoxdur”, - Duda bildirib.

Prezidentin sözlərinə görə, Polşada ABŞ ordusuna məxsus “Patriot” kompleksləri yerləşdirilir.

Müəllif: Ayna.az