İlham Əliyev Azərbaycan Qanununu imzalayıb
Prezident İlham Əliyev “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
AYNA xəbər verir ki, Qanuna əsasən, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.