“Ağ Evin qalib strategiyası yoxdur və bu, amerikalıları haqlı olaraq narahat edir”
“Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynada sülhü güc yolu ilə bərpa edə bilər”. AYNA xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “The Wall Street Journal”a (WSJ) yazdığı məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Prezident Co Bayden administrasiyasının zəifliyi Ukraynanı indiki vəziyyətə salıb: “İki illik genişmiqyaslı müharibə, şəhərlər dağıdılıb. Ağ Evin qalib strategiyası yoxdur və bu, amerikalıları haqlı olaraq narahat edir”.
“Bayden zəiflik üzündən müharibəyə getdiyi halda, Tramp güc vasitəsilə sülhü bərpa edə bilər”, deyə qeyd edib.