Polşada məktəbə hücum olub, yaralananlar var

Dünya

29.11.2023 - 20:48

Hücum zamanı iki nəfərin yaralandığı bildirilir

Polşanın şimal-şərqində naməlum şəxs məktəbə hücum edib, xəsarət alanlar var.

AYNA xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Qeyd edilib ki, Ostrolenka şəhəri yaxınlığındakı Kadzidlo rayon məktəb kompleksinə bıçaqla hücum edən şəxs 2 nəfəri yaralayıb, özü isə qaça bilib.

Müəllif: Ayna.az