Polşa XİN: Kiyev hərbi təşəbbüsü itirib

Dünya

06.05.2024 - 16:15

Radoslav Sikorski: “Keçən il Ukrayna hücumda idi, bu il təşəbbüs ruslara məxsusdur”

“Ukrayna ötən il əldə etdiyi hərbi təşəbbüsü itirib və indi təşəbbüs Rusiyanın tərəfindədir”. AYNA xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski “Politico”ya deyib.

“Müharibələr heç vaxt bir istiqamətdə getmir. Keçən il Ukrayna hücumda idi, bu il təşəbbüs ruslara məxsusdur”, - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Sikorski vurğulayıb ki, ABŞ-ın yeni hərbi yardım paketi yalnız Kiyevin bu il uduzmamasını təmin etmək üçün kifayət edəcək. Nazir əlavə edib ki, Ukraynanın qalib gəlməsi üçün Qərbin dəstəyi kifayət deyil.

Müəllif: Ayna.az