“İnanıram ki, müəyyən səviyyədə səy və ambisiya ilə klasterlərin açılması mümkündür”
Ukraynanın 2026-cı ilə qədər Avropa İttifaqına (Aİ) üzvlük üçün bütün klasterləri aça biləcəyinə dair heç bir əminlik yoxdur. AYNA.AZ xəbər verir ki, bu barədə Polşanın Ukraynadakı müvəqqəti işlər vəkili Pyotr Lukaseviç “RBC-Ukraine”a verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması və ölkənin transformasiyası ilə bağlı danışıqlar "həqiqətən səy tələb edəcək".
Eyni zamanda, Varşava ölkənin Avropaya inteqrasiya prosesini bloklamayacaq.
“Bu mövzu ilə bağlı əlavə görüşlər cədvəli var. Deyə biləcəyim və bizim baxış bucağımızdan bildiyim odur ki, Polşa bu klasterlərin qəbul edilməsi prosesini bloklamayacaq və ya gecikdirməyəcək. İnanıram ki, müəyyən səviyyədə səy və ambisiya ilə klasterlərin açılması mümkündür”, - deyə o qeyd edib.
Müvəqqəti işlər vəkili həmçinin vurğulayıb ki, klasterlərin açılmasının vacibliyi şişirdilməməlidir və əsas sual "Ukraynanı necə dəyişdirmək" olacaq.