Polşa Rusiyaya xəbərdarlıq edib

Dünya

21.08.2022 - 02:19

Həkimlər Klinikalar SEO Xidməti

Voytsex Skurkeviç: "Addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq"

Polşa Rusiyanın Kalininqrad vilayətində hipersəs raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinin aktivləşdirilməsinə qədər adekvat cavab verməyə hazırdır.

AYNA “Report”a istinadən xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.

“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”- deyə, o bildirib.

O əlavə edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək, burada “hamı üçün, hamı bir nəfər üçün” düsturu yer alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş