Polşa Rusiyanın Almaniya və Çexiyaya kiberhücumlarını pisləyib

Dünya

04.05.2024 - 15:22

“Polşa kiberməkanda düşmənçilik kampaniyası ilə əlaqədar Almaniya və Çexiya ilə tam həmrəydir”

Polşa Rusiyanın Almaniya və Çexiyaya kiberhücumlarını pisləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yerləşdirilib.

Bəyanatda bildirilir ki, Polşa kiberməkanda düşmənçilik kampaniyası ilə əlaqədar Almaniya və Çexiya ilə tam həmrəy olduğunu bildirir. Sonuncunun bu dövlətlərin siyasi partiyalarına və demokratik təsisatlarına qarşı həyata keçirildiyi iddia edilir.

“APT 28 qruplaşmasının hücumlarının hədəflərindən biri olan Polşa Rusiya təşkilatlarının kiberməkanda təkrarlanan, qəbuledilməz və zərərli hərəkətlərini qətiyyətlə pisləyir”, - deyə XİN-dən bildirilib.

Mayın əvvəlində Avropa İttifaqı APT28 qrupunun hakerlərinin Almaniya və Çexiyaya qarşı “zərərli kiber kampaniyasını” pisləyib və Rusiyanı insidentlə bağlı tədbir görəcəyi ilə hədələyib.

Müəllif: Ayna.az