Andreyevdən etiraz: “Bu oliqarxların pulu deyil, səfirliyin puludur”
“Polşa hakimiyyəti Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozaraq Rusiya səfirliyinin hesablarını dondurub”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın Polşadakı səfiri Sergey Andreyev “Rossiya 1” telekanalının efirində bildirib.
“Bu oliqarxların pulu deyil, səfirliyin puludur. Polşa səfirliyə aid pulu dondurub. Onlar Vyana Konvensiyasını birbaşa pozaraq bizim hesablarımızı dondurdular”, - diplomat söyləyib.
Qeyd edək ki, Polşa rus diplomatların ölkədən çıxarılması qərarını verib.