Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək

Dünya

10.08.2023 - 19:16

cedabet dərman SEO Xidməti

Müdafiə naziri: “Sərhədi birbaşa 4 min, ona bitişik şərq rayonlarında isə 6 minə yaxın əsgər qoruyacaq”

Polşanın müdafiə naziri Mariuş Blaşçak Belarusla sərhəddə 10 min hərbçi yerləşdirəcəyini açıqlayıb. AYNA TASS-a istinadən xəbər verir ki, o, bu barədə Polşa radiosuna müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, sərhədi birbaşa 4 min, ona bitişik şərq rayonlarında isə 6 minə yaxın əsgər qoruyacaq.

Blaşçak həmçinin söz verib ki, iki il ərzində Polşa ordusu Avropanın ən güclü ordusuna çevriləcək.

“İndi də Polşa ordusunun şəxsi heyətinin sayı 170 minə çatıb”, - müdafiə naziri əlavə edib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Polşanın ABŞ, Böyük Britaniya və Cənubi Koreyadan silah alması Rusiya üçün əlavə risklər yaradır. Nazir bunu Polşanın Avropada “ən güclü ordu” yaratmaq niyyətində olması ilə əlaqələndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş