Fransa Prezidenti və Almaniya kansleri arasında hərbi yardım məsələsi ilə bağlı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilir
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında Ukraynaya hərbi yardım məsələsi ilə bağlı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilir. AYNA xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Bildirilir ki, alman siyasətçilərinin fikrincə, Makron Ukrayna ilə bağlı qətiyyətlə danışmağa hazırdır. Lakin onlar iddia edirlər ki, Fransa lideri Berlinin addımları ilə müqayisədə kifayət qədər addım atmır.
Fransız siyasətçiləri də öz növbəsində deyirlər ki, Paris Kiyevi həqiqətən böyük rol oynaya biləcək silahlarla təmin edir. Onlar da bunu almanlardan daha az tərəddüdlə etdiklərini bildirirlər.
Fransız tərəfinin fikrincə, mövcud vəziyyətdə xüsusilə əhəmiyyətli olan məsələ Şoltsun Ukraynaya “Taurus” raketlərini göndərmək istəməməsidir.