Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub

Xəbərlər

30.07.2022 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Qəzənfər Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb

Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, “BMW” markalı, 99-FL-788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Q.Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş